Heqiqet.Az » idman » Keçmiş "Barselona"lılar BİR YERDƏ - Suaraes də GƏLİR


Keçmiş "Barselona"lılar BİR YERDƏ - Suaraes də GƏLİR

6-12-2023, 11:27
Çap et
Uruqvaylı ulduz futbolçu Luis Suaresin "İnter Mayami"yə transfer olunacağı gözlənilir.
Bir müddət Messi ilə "Barselona"da oynayan Suaresin yenidən argentinalı ulduzla eyni formanı geyinəcək.
Brazilyanın “Qremio” klubu ilə müqaviləsinin başa çatacağı bildirilən uruqvaylı futbolçunun MLS-də çıxış edəcəyi deyilir.
Luis Suaresin komandaya qatılması ilə daha əvvəl "Barselona"da çıxış etmiş 4 ulduz futbolçu da yenidən bir araya gələcək.
"Barselona" ilə son Çempionlar Liqasını qazanan heyətdə yer alan Serxio Busquets, Jordi Alba və Lionel Messi hazırda "İnter Mayami"də çıxış edir.
2023-cü ildə “Qremio”nun heyətində 52 rəsmi oyuna çıxan Luis Suares 24 qol vurub, 17 məhsuldar ötürmə edib.
Reytinq: