Heqiqet.Az » idman » "Qarabağ"ın rəqibi "Portu"ya uduzub


"Qarabağ"ın rəqibi "Portu"ya uduzub

15-01-2024, 12:27
Çap et
"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında 17-ci tur oyununa çıxıb.
Artur Jorjenin komandası səfərdə "Portu" ilə üz-üzə gəlib. Görüş "Portu"nun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
12-ci dəqiqədə Kardoso fərqlənib. 49-cu dəqiqədə isə Evanilson penaltini dəqiq yerinə yetirib.
"Portu" qələbə sayəsində xallarının sayını 38-ə çatdırıb və 3-cü pillədədir. "Braqa" isə 33 xalla dördüncüdür.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.
Reytinq: