Heqiqet.Az » hadise » Bakıda AĞIR QƏZA: Avtomobil piyadanı vurdu


Bakıda AĞIR QƏZA: Avtomobil piyadanı vurdu

2-07-2024, 11:42
Çap et
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb.
Belə ki, Salmanov Ramiz Çingiz oğlu etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı, 10-GK-901 dövlət qeydiyyat nişanlı avtomaşınla səki ilə piyada hərəkət edən, 1962-ci il təvəllüdlü Muradov Əhməd Arif oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.
Faktla bağlı cinayət işi açılıb.
Reytinq: