İqlim dəyişiklikləri və ətraf mühitin mühafizəsi5-07-2024, 12:21
Çap et İqlim dəyişiklikləri və ətraf mühitin mühafizəsi kontekstdə tədqiq olunmalıdır. İqlim dəyişiklikləri nəticə olmaq etibarı ilə bilavasitə ətraf mühitin çirklənməsi ilə əlaqədardır. Tarix boyu ekoloji sistemlərdə: çaylarda, göllərdə, dənizlərdə, okeanlarda, meşələrdə kontinental və okeanik torpaqların, o cümlədən planeti əhatə edən atmosferdə təbii olaraq özünü tənzimlənə mexanizmləri mövcuddur. Bunun hesabına ekoloji sistemlərin davamlı olaraq dayanıqlılığı təmin edilir. Ekoloji sistemlərin çirklənməsi bəzən elə həddə çatır ki, təbii maxanizmlər ekoloji sistemlərdə olan yüklənməni aradan qaldırmağa kifayət etmir, elə bu zaman çox müxtəlif kataklizmlər baş verir.
İqlim dəyişikliklərinin əlamətləri: orta illik temperaturun yüksəlməsi, yağıntının qeyri-bərabər paylanması, bir tərəfdə quraqlığın olması, digər tərəfdə sel daşmalarının artması, daimi buzluqların əriməsi, okean sularının səviyyəsinin qalxması, göllərin quruması, çayların suyunun azalması, anomal istilərin olması, qasırğaların artması, zəlzələlərin çoxalması, vulkanların aktivləşməsi, tez-tez qum, toz fırtınalarının baş verməsi, meşə yanğınlarının artması və sairə. Ətraf mühitin çirklənməsi iki yolla baş verir. Təbii və suni çirklənmə. Təbii çirklənmə vulkanlar, meşə yanğınları, kosmik meteoritlərin yer səthinə düşməsi və ya atmosferdə yanması nəticəsində baş verir. Ağır zəlzələlər nəticəsində yer qabığının dərin çatların əmələ gəlməsi, dağ əmələ gəlmə, okeanlarda ada əmələ gəlmə prosesləri istisna təşkil etmir. Süni çirklənmə ətraf mühitdə insan fəaliyyəti nəticəsində baş veir. Əslində ətraf mühitin süni çirklənməsi çox spektrlli və şəbəkəlidir. Torpağın, suyun, havanın çirklənməsi onun tərkib hissələridir. Ətraf mühitin sünu çirklənməsində yerin təkindən çıxarılan neft, qaz, daş kömür, torf kimi yanacaq materiallarının xüsusi çəkisi daha böyükdür. Bunların istifadəsi zaman yaranan korbon qazı emissiyası ətraf mühiti çirkləndirir. Mövcud ekoloji durum nəzərə alınaraq həmçinin gələcək ekoloji böhranların qarşısını almaq məqsədi ilə yerin təkindən çıxarılan enerji resurslarına kvota tətbiqi qaçılmazdır. Bu eyni zamanda təbii sərvətlərin nəsillər arasında ədalətli bölgüsünü təmin etmək baxımından əhəmiyyə kəsb edir. Ətraf mühitin çirklənməsində daxiliyanma mühərrikləri ilə işləyən nəqliyyat vasitələri, bu mühərriklərdən istifadə olunan istehsal və qeyri-istehsal sahələri böyük əhəmiyyət kəsb edir. Son zamanlar əsasən ötən əsrin 60-70-ci illərindən kompüter texnologiyalarının meydana çıxması informasiya-kommunikasiya sahəsində tətbiqi, həmçinin mobil telefonların geniş istifadəsi nəticəsində ətraf mühitin elektromaqnit dalğaları ilə çirklənməsi baş vermişdir. Hal-hazırda demoqrafik artımın qeyd olunduğu, rifahın yaxşılaşmağı şəraitdə elə ailələr tapılır ki, iki, bəzən üç minik avtomobilinə malikdir. Eyni zamanda bir ailədə üç və daha artıq mobil telefon, bəzən isə bir nəfər 2 mobil telefondan istifadə edir. Belə yerdə atalar sözü yada düşür. Saman sənindir, samanlıq da sənindir? Son zamanlar ətraf mühiti çirkləndirən faktlar arasında utilizasiyası çətin olan, bəzən mümkün olmayan plastik qablar, plastik materiallar önəmli yerlərdən birini tutur. Zamanənin üç ən böyük ekoloji problemlərdən biri içməli su problemidir. İçməli suyun çatışmazlığı hiss olunmaqdadır. Çaylar, bəzi göllər, dənizlər sərhəd tanımır. Bir çay bir neçə dövlətin ərazisindən keçir və ya bir dənizdə bir neçə dövlətin ətraf suları vardır. Ritorik sual olunur. Çaylar, bəzi göllər, dənizlər dövlətləri birləşdirir, yoxsa ayırır? Əslində çaylar, göllər, dənizlər dövlətlərdən çox-çox əvvəl, təxminən beş milyon il əvvəl, ilk quldarlıq dövləti təxminən eramızdan əvvəl III –cü əsrin sonlarında yaranmışdır. Çaylar, göllər, dənizlər dövlətləri birləşdirir cavabı məqsədəuyğundur, çünki qlobal su hözvələrində ekoloji tarazlığı qorumaq üçün dövlətlərin səylərinin birləşməsi zərurətə çevrilmişdir. Ətraf mühitin çirklənməsi iqlim dəyişiklikliyinə səbəb olduğu kimi, iqlim dəyişiklikliyi də ətraf mühitin çirklənməsinə səbəb olur. Yağıntının qeyri-bərabər paylanması nəticəsində quraqlıqla əlaqədar torpaqda şoranlama, eroziya, səhralaşma prosesi baş verir. Beləliklə, arzuolunmaz qüsurlu dövran təhlükəsi yaranır. İqlim dəyişikliyi ilə mübarizədə ən effektiv vasitə ətraf mühtin mühafizəsidir. Ekoloji sistemdə tarazlığın təmin olunması, biomüxtəlifliyin qorunub saxlanması, təbii resurslardan gələcək nəslin tələbatı nəzərə alınmaqla, qənaətlə və səmərəli istifadə olunması, ətraf mühitə zərərli təsirlərin aradan qaldırılması, ətraf mühitin mühafizəsinin əsas istiqamətləridir. Ətraf mühitin mühafizəsi əslində ümumxalq işidir. Ekoloji düşüncə ekoloji təfəkkür ekoloji mədəniyyəti formalaşdırır, o isə öz növbəsində insanı təbiətin dostuna çevirir. Məsum Kamaloğlu Əliyev Kürdəmir rayon Karrar Ailə-sağlamlıq Mərkəzinin Bölmə müdiri 02 iyul 2024-cü il Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|