Heqiqet.Az » idman » Avropa çempionatı: Azərbaycan basketbol millisi Niderlandla qarşılaşacaq


Avropa çempionatı: Azərbaycan basketbol millisi Niderlandla qarşılaşacaq

17-07-2024, 10:49
Çap et
Bu gün 20 yaşadək basketbolçulardan ibarət Azərbaycanın millisi Avropa çempionatında növbəti oyununu keçirəcək.
B divizionunun B qrupunda mübarizə aparan yığma Niderlandla üz-üzə gələcək. Rumıniyanın Piteşti şəhərində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Alberto Blankonun rəhbərlik etdiyi kollektiv daha əvvəl Portuqaliya (34:90), Böyük Britaniya (51:97) və İrlandiya (58:61) yığmalarına məğlub olub.
Reytinq: