Baba eldən aralandı1-10-2025, 22:46
Çap et Əzizimiz və çox hörmətli əbədi prezidentimiz Heydər babanın ölüm xəbəri bütün Azərbaycan xalqını, Bakı Dövlət Universitetinin rektorluğunu, tədris hissəsinin əməkdaşlarını sarsıdan kimi məni də sarsıtdı. Ona görə də ürəyiimdən keçən bu kiçik şerimi Heydər babaya həsr edirəm. Xəbər gəldi yad ellərdən, Dahinin ürəyi dayandı. Qara büründü asiman, Ürəklər qana boyandı. Baba eldən aralandı. Təyayrələr endi birdən, Baba gəldi qərib eldən, Ürəyimiz paralandı, Bu bəd xəbər nə yamandı, Baba bizdən aralandı. Yollarına gül hörülür, Kədər-qəmdən bel bükülür, Göz yumulur, yaş tökülür. Bu faciə nə yamandı, Baba eldən aralandı. Dolur, boşalır Sarayı, Qəbul edir qonaqları. İçində göynəyir hamı, Bayraqlar qana boyandı, Baba eldən aralandı. El yeriyir xiyabana, Ah-vaylar, sığmır cahana, Dahi qoyulur məzara, Bu nə sitəm, bu nə andı, Baba eldən aralandı. Millət gəlir xiyabana, Sığmayırlar bu diyara, Baxıb keçir yana-yana, Gül üstünə gül qalandı, Baba eldən aralandı. Qırılıbdı qol-qanadım, Susmayır tarım-kamanım. Dünyaya çatsın harayım, Baba ürəklərdə qaldı, Cismən bizdən aralandı. Əhməd Əhmədov, Bakı Dövlət Universitetinin Kimya fakültəsinin dossenti, kimya elmləri namizədi 18.12.2003-cü il. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
