Almaniyanın avtomobil sənayesində mənfi dinamika müşahidə olunur26-05-2026, 19:55
Çap et Almaniyanın ixrac sektorunda gözləntilər azalır və avtomobil sənayesində mənfi dinamika müşahidə olunur.Ifo İnstitutunun yaydığı məlumatda ixrac gözləntiləri indeksinin may ayında -1,2 bənddən -5,5 bəndə endiyi bildirilib. Bu, son bir ildən artıq müddətdə ən aşağı səviyyəyədir. İnstitutun iqtisadiyyat üzrə eksperti Timo Vollmershauzer bildirib ki, ilin ilk rübündə ixracatdakı canlanmaya baxmayaraq, perspektivlər qeyri-müəyyən olaraq qalır. Geosiyasi vəziyyət yüksək risklərlə xarakterizə olunur və bu, nikbinlik üçün əsas vermir. Sənaye sahələri üzrə göstəricilər də fərqli istiqamətdə inkişaf edir. Avtomobil sənayesində dörd aylıq müsbət gözləntilərdən sonra ixracın azalacağı proqnozlaşdırılır. Metallurgiya sahəsində də xarici satışların enəcəyi gözlənilir. Enerjitutumlu sənaye sektorları qlobal bazarlarda təzyiq altında qalmaqda davam edir. Bununla yanaşı, elektrotexnika sənayesində ixracla bağlı nisbətən müsbət, lakin əvvəlki aya nisbətən zəifləyən optimizm müşahidə olunur. Mebel istehsalçıları isə ixracın artacağını proqnozlaşdırırlar. Almaniya iqtisadiyyatı ilin ilk rübündə xarici ticarətdən müsbət təsir alıb. Yanvar-mart aylarında ixrac ötən rüblə müqayisədə 3,3 faiz artıb və ümumi daxili məhsulda 0,3 faiz yüksəlib. “Bundesbank”ın məlumatına görə, Yaxın Şərqdəki münaqişələr sənaye üçün qısamüddətli təsirlər yaradıb. Tələbin əvvəlcədən formalaşması və təchizat zəncirlərində yaranan gərginlik bəzi sahələrdə sifarişlərin artmasına səbəb olub. Lakin iqtisadçılar bu təsirlərin davamlı olmayacağını bildirirlər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Almaniyanın ixrac sektorunda gözləntilər azalır və avtomobil sənayesində mənfi dinamika müşahidə olunur.