Heqiqet.Az » iqtisadiyyat » İranla əməkdaşlıq edən bank yüksək məbləğdə cərimələndi


İranla əməkdaşlıq edən bank yüksək məbləğdə cərimələndi

5-11-2015, 12:22
Çap et
İranla əməkdaşlıq edən bank yüksək məbləğdə cərimələndi Amerika hökumətinin Suriya və İrana qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədar bu ölkələrlə bank əməkdaşlığı qadağan olunub.
Amerika Birləşmiş Ştatları qanunvericiləri Almaniyanın "Deutsche Bank" şirkətini cərimələyiblər. Cərimə məbləği 285 milyon dollar təşkil edir. BBC telekanalının verdiyi məlumatda bildirilir ki, cəriməyə sözügedən bankın İranla əməkdaşlıq etməsi səbəb olub.
Amerika hökumətinin Suriya və İrana qarşı tətbiq etdiyi bir sıra maliyyə sanksiyaları ilə əlaqədar bu ölkələrlə bank əməkdaşlığı etmək qadağan olunub.
Bank, eyni zamanda, Nyu York ştatının bir sıra qanunlarını pozub və buna görə də əlavə cərimə ödəməli olacaq.
Amerika hökuməti, eyni zamanda, iki Fransa bankına qarşı da cərimələr tədbiq edib. "BNP Paribas" və "Kredit Agricole" də müvafiq olaraq 8.9 milyard və 800 milyon dollar məbləğində cərimə ödəməlidir.
Reytinq: