Heqiqet.Az » hadise » Bakı metrosunda növbəti panika (YENİLƏNİB, FOTO)


Bakı metrosunda növbəti panika (YENİLƏNİB, FOTO)

2-12-2015, 19:37
Çap et
Bakı metrosunda növbəti panika (YENİLƏNİB, FOTO) Qatar tuneldə 10 dəqiqə yaxın qalıb.

Bakı metrosunda növbəti dəfə problem yaşanıb. ANS PRESS-in verdiyi məlumata görə, "İçərişəhər"dən gələn qatar "Gənclik" stansiyasına çatmamış tuneldə qalıb.
Bildirilir ki, qatar tuneldə 10 dəqiqə yaxın qalıb. Daha sonra isə sərnişinlər "Gənclik" stansiyasında təxliyyə edilib. Sərnişinlərdən bəzilərinin halı pisləşib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev hadisə ilə bağlı açıqlama verən Nəsimi Paşayev bildirdi ki, qatarın tuneldə qalmasına səbəb həmin qatarda nasazlığın yaranmasıdır.
""İçərişəhər"dən "Həzi Aslanov"a hərəkət edən 3 saylı qatarda problem yaranıb. Bun səbəbdən sərnişinlər təxliyyə edilib və qatar depoya göndərilib. Sərnişinlərin daşınması üçün növbəti qatar işə salınıb", deyə N. Paşayev bildirdi.
...18:03...
"Bakı Metropoliteni" QSC-nin Elmlər Akademiyası stansiyasında sərnişinlər həyəcanlı anlar yaşayıblar.
ANS PRSS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, stansiyada işıqlar qəfildən sönüb. Qatarların hərəkəti dayandırılıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı ANS PRESS-ə təsdiqləyib. O bildirib ki, stansiyalarda işıqların söndürülməsinə səbəb metropolitenin "28 May" stansiyası ilə "Sahil" stansiyası arasında elektrik kabellərindən birində yaranan nasazlıq olub.
"İki stansiya arasında yerləşən kabellərdən birində tüstülənmə olub. Problemin dərhal aradan qaldırılması üçün texniki işçilər hadisə yerinə cəlb olunublar. Təklükəsizlik təbdirləri məqsədilə stansiyalarda işıqlar söndürüldü. Maksimum 5 dəqiqədən sonra elektrik enerjisi bərpa edildi", deyə N.Paşayev bildirdi.
Qurum rəsmisi onu da əlavə etdi ki, elektrik enerjisinin dayandırılması qatarların hərəkətinə heç bir mane olmayıb.
Reytinq: