Heqiqet.Az » dunya » Avstraliya İŞİD-lə əlaqəli şəxsləri vətəndaşlıqdan məhrum edəcək


Avstraliya İŞİD-lə əlaqəli şəxsləri vətəndaşlıqdan məhrum edəcək

4-12-2015, 09:57
Çap et
Avstraliya İŞİD-lə əlaqəli şəxsləri vətəndaşlıqdan məhrum edəcək Avstraliya parlamenti terrorçuluq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən ikili vətəndaşlığa malik avstraliyalıların vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutan qanun qəbul edib.
“Bu terrorçuluqla mübarizəni gücləndirəcək qanunvericiliyə edilən əhəmiyyətli dəyişiklikdir”, deyə ölkənin baş prokuroru Corc Brandis bildirib. Onun sözlərinə görə, qanun çox məhdud hallarda tətbiq ediləcək. Corc Brandis Avstraliya Ali Məhkəməsinin qanunun qəbuluna etiraz edəcəyini istisna etməyib.
Qeyd edək ki, bundan əvvəl mətbuatda İŞİD terrorçularının ən çox istifadə etdikləri “Toyota” markalı avtomobillərin məhz Avstraliyadan gətirildiyi barədə məlumat yayılıb.
Reytinq: