Heqiqet.Az » dunya » Ermənilərə görə “Skype” qarşı cinayət işi başlandı


Ermənilərə görə “Skype” qarşı cinayət işi başlandı

27-05-2015, 12:54
Çap et
Ermənilərə görə “Skype” qarşı cinayət işi başlandı Belçikanın Mexelen şəhər prokurorluğunda “Skype” internet telefoniya xidmətinə qarşı cinayət işi başlanıb. “Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə Belçikanın La Libre nəşri məlumat yayıb.
Məlumata görə, servis 2012-ci ildə erməni cinayətkar qrupunun iki üzvü arasında aparılan danışıqlar barədə məlumat verməkdən imtina edib.
Erməni cinayətkarların “Skype” internet telefoniya xidmətindən fəal istifadə etdiyi qeyd olunur. Onlar qaçaqmal və oğurluq malların ölkəyə gətirilməsi ilə bağlı cinayət əməllərini məhz “Skype” vasitəsilə razılaşdırıblarmış.
2012-ci ildə “Skype” yerli rabitə operatoru olmadığını əsas gətirərək Belçika hüquq-mühafizə qurumlarının sorğusunu təmin etməkdən imtina edib.
Prokurorluq şirkəti Belçika qanunlarını pozmaqda ittiham edir.
Reytinq: