Heqiqet.Az » iqtisadiyyat » Binəli Yıldırım: TANAP və TAP Avropanın enerji təhlükəsizliyi üçün vacib layihələrdir


Binəli Yıldırım: TANAP və TAP Avropanın enerji təhlükəsizliyi üçün vacib layihələrdir

3-06-2016, 18:48
Çap et
Binəli Yıldırım: TANAP və TAP Avropanın enerji təhlükəsizliyi üçün vacib layihələrdir Transanadolu (TANAP) və Transadriatik (TAP) qaz kəmərləri Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün vacib layihələrdir.
Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışında deyib.
Onun sözlərinə görə, bu layihələrin reallaşdırılması məhz Azərbaycan və Türkiyə prezidentlərinin sayəsində mümkün oldu.
B. Yıldırım qeyd edib ki, hazırda Azərbaycan və Türkiyə vacib enerji layihələrini reallaşdırırlar.
Baş nazir, həmçinin Prezident İlham Əliyevi avqustun 26-da İstanbulda üçüncü körpünün açılış mərasiminə dəvət edib.
Reytinq: