Heqiqet.Az » siyaset » ATƏT-in Bakı ofisi bağlana bilər


ATƏT-in Bakı ofisi bağlana bilər

5-06-2015, 20:54
Çap et
ATƏT-in Bakı ofisi bağlana bilər Azərbaycan ATƏT-in Bakı ofisini bağlayır.
Heqiqet.az-ın xəbərinə görə, “Turan”-a məlumatlı diplomatik mənbələrdən məlum olub ki, müvafiq məktub iyunun 3-də Azərbaycan XİN-dən ATƏT-in Vyanadakı baş ofisinə göndərilib.
“Azərbaycan hökuməti qeyd edirk ki, artıq ATƏT-in Layihələr Koordinatorunun Bakıda fəaliyyəti üçün zərurət görmür. Buna görə Azərbaycan hökuməti 2015-ci il iyunun 4-dən etibarən Azərbaycan hökuməti və ATƏT arasında 24 sentyabr 2014-cü ildə bağlanmış “ATƏT-in Bakıda Layihələr Koordinatoru haqqında qarşılıqlı anlaşma Memorandumu”nu qüvvədən düşmüş hesab edir. Hökumət bu halda yaranan texniki məsələlərin həlli üçün ATƏT-ə bir ay müddət verir”, deyə məktubda bildirilir.
İyunun 5-də ATƏT-in Baş Katibi Lamberto Zannier ATƏT-in üzvü olan ölkələrə rəsmi Bakının qərarı haqqında məlumat verib.
Azərbaycan XİN-dən və ya digər qurumlardan hələlik heç bir şərh daxil olmayıb.
Qeyd edək ki, iki il əvvəl Bakı ATƏT nümayəndəliyinin səviyyəsini səfirlik səviyyəsindən ATƏT-in layihələr koordinatoru səviyyəsinə qədər azaldıb.
Reytinq: