Heqiqet.Az » medeniyyet » Mədəniyyət sahəsində elektron məlumat sistemi yaradıldı - QƏRAR


Mədəniyyət sahəsində elektron məlumat sistemi yaradıldı - QƏRAR

23-04-2015, 11:39
Çap et
Mədəniyyət sahəsində elektron məlumat sistemi yaradıldı - QƏRAR
Baş nazir Artur Rasizadə “Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydası”nı təsdiq edib.

Nazirlər Kabinetindən verilən məlumata görə, qaydalara əsasən, mədəniyyət sahəsində dövlət siyasətinin təmin edilməsi, dövlət reyestrinin və dövlət monitorinqinin aparılması, mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlər arasında münasibətlərin inkişafı məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəniyyət sahəsində elektron məlumat sistemi yaradılır.

Mədəniyyət sahəsində elektron məlumat sisteminə Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısı və mədəni sərvətlərin mühafizə siyahısı; milli mədəni irs obyektlərinə aid edilən xüsusi əhəmiyyət daşıyan mədəniyyət obyektləri; mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasəti, sahə üzrə qəbul edilən normativ hüquqi aktlar və tədbirlər planları; mədəniyyət sahəsində aparılan dövlət reyestri; mədəniyyət nümunələrinin Azərbaycan Respublikasının milli mədəni sərvətlərinə aid edilməsi məqsədi ilə həyata keçirilən ekspertizalar; qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri sistemi; milli mədəni irsə aid edilən kulinariya nümunələri; milli mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı və təşviqi məqsədi ilə görülmüş tədbirlər, həyata keçirilən və ya maliyyələşdirilən layihələr; Azərbaycan Respublikasında mədəniyyət sahəsində həyata keçirilən dövlət monitorinqləri; mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə bağlanmış mühafizə müqavilələri; Azərbaycan ərazisində aparılmasına icazə verilmiş arxeoloji qazıntılar və elmi tədqiqat işləri; arxeoloji qazıntılar aparmış və elmi tədqiqat işlərini yerinə yetirmiş şəxslər tərəfindən təqdim edilmiş hesabatlar; xarici dövlətlərdə həyata keçirilən mədəniyyət tədbirləri; xarici dövlətlərdə yaradılan, inkişafı və fəaliyyətləri əlaqələndirilən mədəniyyət mərkəzləri; dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işləri; mədəni və tarixi sərvətlərin hüquqi, fiziki şəxslər tərəfindən respublika ərazisindən kənara çıxarılmasına, həmçinin qaytarılmasına icazələrinin verilməsi haqqında məlumatlar daxildir.
Reytinq: