Heqiqet.Az » yazarlar » Azərbaycanın tanınmış şairi vəfat etdi


Azərbaycanın tanınmış şairi vəfat etdi

16-11-2016, 13:18
Çap et
Azərbaycanın tanınmış şairi vəfat etdi Azərbaycanın tanınmış şairi, Əməkdar mədəniyyət işçisi, publisist Fikrət Sadıq 86 yaşında dünyasını dəyişib.
Bu barədə şairin oğlu yazıçı, ssenarist Orxan Fikrətoğlu məlumat verib.
Bildirib ki, mərhumla vida mərasimi bu gün öz evində keçiriləcək. Saat 3-də isə Fikrət Sadıq son mənzilə yola salınacaq.
Mərhumun cənazəsi Yasamal qəbirstanlığında, dünyasını dəyişmiş oğlunun yanında torpağa tapşırılacaq.
Qeyd edək ki, Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxıda anadan olub. Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlayıb. Poetik yaradıcılığında bədii tərcürməyə də meyl edib. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s. onun qələminin bəhrəsidir (1974-1983).
Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olub
Allah rəhmət eləsin!
Reytinq: