» » Taxıl sahələri yanıb


Taxıl sahələri yanıb

18-06-2015, 15:49
Çap et
Taxıl sahələri yanıb Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Cəlilabadda taxıl sahəsində yanğın baş verib.
Cəlilabad şəhərində şəhər bələdiyyəsinə məxsus ərazidə 2 ha biçilməmiş və 15 ha biçilmiş taxıl sahəsi yanıb. Ərazidə olan digər biçilməyən taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər bir yanğın Göyçay rayonunda baş verib. Yanğın hadisəsi Göyçayın Bığır kəndi ərazisindəki dağlıq ərazidə qeydə alınıb.
Kənd sakinlərinə məxsus taxıl sahəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsindən 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Hadisə zamanı 4 hektar biçilməmiş, 6 hektar biçilmiş taxıl sahəsi və 2 hektar kol-kol yanıb.
Yanğınsöndürənlərin vaxtında müdaxiləsi səbəbindən alovun daha geniş sahəyə yayılmasının qarşısı alınıb. Yanğın tam söndürülüb və hazırda əraziyə nəzarət edilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Reytinq: