Heqiqet.Az » iqtisadiyyat » Krediti ola-ola başqasına zamin durdu - İndi çətin vəziyyətə düşüb - VİDEO


Krediti ola-ola başqasına zamin durdu - İndi çətin vəziyyətə düşüb - VİDEO

2-03-2017, 09:30
Çap et
Krediti ola-ola başqasına zamin durdu - İndi çətin vəziyyətə düşüb - VİDEO Cəlilabad sakini pensiya kartı ilə qohumuna zamin durub və kredit götürüblər. Krediti götürən şəxsin özü isə başqa bir nəfərə zamin durub.İndi 3-cü şəxs krediti ödəyə bilmədiyi üçün hər iki zamin çətin vəziyyətə düşüb.
Krediti ola-ola başqasına zamin durub. İndi həm özünü, həm də zaminini çətin vəziyyətə salıb.
Cəlilabadın Uzuntəpə kənd sakini Elman Şahmarov bir il əvvəl qohumuna zamin durub və bankdan kredit götürüblər.
Bir müddət sonra Elman Şahmarov bankomatdan pensiyasını çıxarmaq istəyərkən sürprizlə üzləşib.Kartdakı pulun zamin durduğu kreditə tutulduğu ortaya çıxıb. banka müraciət etdikdə isə məlum olub ki, krediti götürən şəxsin özü də başqa birinə zamin durub. Problem də bundan sonra yaranıb. Elman Şahmarov banka müraciət etsə də, heç bir nəticəsi olmayıb.
Hüquqşünas Anar Ramazanov deyir ki, bu məsələdə bank yanlışlığa yol verib. Bank krediti olan şəxsi zamin kimi götürməməli idi. Anar Ramazanovun sözlərinə görə, Elman Şahmarov zaminliyini ləğv etdirə bilməz. Borclu krediti ödəmədiyi müddətdə borc Elman Şahmarovun hesabından çıxılacaq.

Reytinq: