Demo saytı » siyaset » Avropa Azərbaycan Cəmiyyəti Britaniyada Bako Saakyanla keçiriləcək görüşə buraxılmayıb


Avropa Azərbaycan Cəmiyyəti Britaniyada Bako Saakyanla keçiriləcək görüşə buraxılmayıb

8-07-2015, 16:31
Çap et
Avropa Azərbaycan Cəmiyyəti Britaniyada Bako Saakyanla keçiriləcək görüşə buraxılmayıb Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla "Chatham House" İnstitutunda keçiriləcək görüşə buraxılmayıb.
TEAS-dan APA-ya verilən məlumatda bildirilir ki, təşkilat B. Saakyanın qatıldığı görüşdə iştirak edərək, onun mövqeyinə dair həqiqəti çatdırmaq üçün icazə istəyib.
"Lakin Kral Beynəlxalq Münasibətlər İnstitutuna uzun müddət üzv olmağımızla baxmayaraq, siz zorakı qüvvələr siyasəti üzrə təcrübəli mütəxəssislə bir arada olmağı üstün tutaraq, bizim iştirakımızı qəbul etməyi rədd etdiniz", - deyə məlumatda bildirilir.
TEAS buna etiraz olaraq bu gün "Chatham House"un qarşısında aksiya keçiricəyini qeyd edib.
Reytinq: