MƏKTƏBİN STADİONUNDA BİNA TİKİLİR - SUMQAYITDA NARAZILIQ (VİDEO)
12-04-2017, 12:56. Разместил: heqiqet
"12-ci mikrorayonda yerləşən 21 nömrəli məktəbin meydançasında uşaqlar futbol oynayırdı. Bir müddətdir ki, həmin ərazi hasarlanıb, bəzi ərazilərdə tikilinin təməli atılıb, kənarlarda isə texnikalar işləyir. Biz sakinlərin dəfələrlə etdiyi narazılıqlardan sonra tikinti işləri dayandırılıb. Amma ərazidə hasarlama işlər davam edir. Bizim şikayətimiz əsasında müvafiq qurumların əməkdaşları əraziyə gəldilər. Amma problem həll olunmadı. Biz sakinlər vəziyyətdən çox narahatıq”,-deyə V.Xəlilov bildirib.
Sakin həmçinin iddia edir ki, tikinti aparan şəxslər onları aldadır ki, bura əlillər üçün bina tikilir.
" Tikinti aparan şəxsləri tanımırıq. Bizə yalandan deyirlər ki, şəhid ailələri və əlillər üçün bina tikilir. Amma buna inanmırıq. Tikintinin dərhal dayandırılmasın tələb edirik.”
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra hakimiyyətindən münasibət öyrənmək istəsək də, bu məsələnin onlara yox, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə aid olduğunu bildirdilər. Adı çəkilən idarə ilə əlaqə yaratmaqsa, mümkün olmadı.
İddialarla bağlı bir neçə quruma sorğu göndərilib.
Şəhər sakinlərinin təqdim etdiyi görüntülər:
Вернуться назад