DataLife Engine > --- > AĞDAM DÖVLƏT SOSİAL İQTİSAD KOLLECİNDƏ MƏZƏNNƏ DƏYİŞİKLİYİ

AĞDAM DÖVLƏT SOSİAL İQTİSAD KOLLECİNDƏ MƏZƏNNƏ DƏYİŞİKLİYİ


27-04-2015, 10:12. Разместил: heqiqet AĞDAM DÖVLƏT SOSİAL İQTİSAD KOLLECİNDƏ MƏZƏNNƏ DƏYİŞİKLİYİ
Təzə direktor Natiq Cavadov tələbələrin təkcə saqqalını yoldurur?

Bu günlərdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyeva və Şuşa Musiqi Kollecinin direktoru Eldar Əliyev "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif olunublar. Tənzilə Şıxıyeva və Eldar Əliyev onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını söyləyib, Təhsil Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, təltif olunanlar kollec direktoru vəzifəsində 35 ilə yaxın fəaliyyət göstəriblər və çalışmanın yaş həddi ilə bağlı öz ərizələrinə əsasən, tutduqları vəzifədən azad ediliblər.
Amma orta ixtisas təhsili müəssisələri rəhbərləri arasında elələri var ki, onları nəinki 35 il, heç bir gündə tutduqları vəzifədə saxlamaq olmaz. Belə rəhbərlərdən biri və bəlkə də birincisi Ağdam Dövlət Sosial-İqtisad Kollecinin direktoru Natiq Cavadovdur.
“Semestrə az qalıb, nağayracuğaa?”- bu kimi suallar Ağdam Dövlət Sosial-İqtisad Kollecinin tələbələrinin kollec adına sosial şəbəkədə yaratdıqları internet səhifələrində bir-birlərinə yazdıqları yüngülməcaz statuslardan biridir. İmanımızı yandıra bilmərik. Həmin statuslardan o da məlum olur ki, Natiq Cavadov kollecə rəhbər vəzifəyə təyin olunandan özü ilə ən azı bir mütərəqqi nizam-intizam qaydası gətirib: Oğlan tələbələr mütləq saqqalsız olmalı, üzlərini tez-tez təraş etməlidirlər!
Vəssalam! Tələbələrin öz aralarındakı söhbətlərindən məlum olan direktorun yalnız bu yeniliyidir, qalanlar isə tələbələri məhz elə “nə qayıracağıq” sualı qarşısında naçar qoyan problemlərdir ki, Natiq müəllim daha da qəlizləşdirib. Hərçənd, kollecin köhnə rəhbərliyindən miras qalan həmin problemlərin kvadarata yüksəlməsinin bəlkə də qarşısını almaq olardı, əlbəttə, əgər direktor vəzifəsinə layiqli şəxs seçilsəydi. Çünki bütün təhsil ictimaiyyəti Natiq Cavadovun hələ Gəncə Aqrar Universitetində işlədiyi dönəmdə necə “səmərəli” fəaliyyət göstərməsindən xəbərdardı. Aşkar görünür ki, N. Cavadov Təhsil Nazirliyindəki güclü havadarının köməkliyi ilə hazırki vəzifəsini ələ keçirib.
Ümumiyyətlə, hər hansı bir təhsil müəssisəsində olduğu kimi, Ağdam Dövlət Sosial-İqtisad Kollecində də təhsilin səviyyəsi barədə təsəvvür yarada biləcək birinci kriteri davamiyyətdir. Burada adları jurnalda gedən, lakin semestr ərzində heç dərsə gəlməyən tələbələr var. Hərçənd, gələndə də direktorun yanına əliboş dönmədikləri üçün qiymətləri yazılır. Belələrini görən digər tələbələr də oxumaq istəmir, dərslərdən yayınır, Quzanlının küçələrində və başqa inzibati ərazilərdə veyillənirlər. Etibarlı mənbələrdən verilən məlumatlara görə rayonun hüquq-mühafizə orqanları dəfələrlə bu barədə kollec direktoruna şifahi xəbərdarlıqlar etmişlər.
Dərs prosesinin özü də necə deyərlər, “qarğa bazarı”nı xatırladır, tələbələr küçədə başladıqları söhbətləri sinifdə davam etdirir, telefonla oynayır, internetdə çatlaşırlar. Müəllimlər də öz dərdlərini bölüşür, direktordan dolayı tələbələrə necə pul tələsi qurmaq yollarını müzakirə edirlər.Amma inandırıcı deyil ki, N. Cavadovun gözündən kənar, əl qoymadığı hansısa bir gəlir yeri qalmış, yadından çıxmış olsun. Direktor halal, ya haram - bütün qazanc mənbələrinə barmağını tıxayıb.Bildirilir ki, tələbə təqaüdləri, müəllimlərin dərs bölgüsü, bufetin fəaliyyəti, bir sözlə hər şey onun nəzarəti altındadır. Cavadovun icad etdiyi təzə üsuli-idarələrdən biri də dərsə gecikən tələbələrin “cərimələnməsidir”. Qəribədir ki, direktor bu “ixtiralarını” zamanın tələbi, “yuxarıdan” gələn göstəriş kimi təqdim edir, yığılan pulların əhəmiyyətli bir hissəsinin Nazirliyə ötürüldüyünü, manatın məzənnəsini düşməsindən sonra bu tələbin daha da sərtləşdiyini deyir, gah da hazırlıq işləri gedən Avropa Oyunlarının təhsil sferasının da maliyyə baxımından idarə edilməsinə təsirindən danışır. Ümumiyyətlə, təzə direktorun tətbiq etdiyi qeyri-rəsmi tarif cədvəlində olduqca maraqlı, həm də eyni zamanda ikrah doğuran elementlər vardır ki, onlara yalnız “kreativ korrupsiya nəzəriyyəsi” adı qoymaq olar.
Təzə direktorun “məzə siyasəti” kollektivdə çox bədbin atmosfer yaradıb. Natiq müəllim özü ilə birgə kollektivə küsüsaxlama, dedi-qodu, qeybət, sözgəzdirmə, aravurma və s. kimi xoşagəlməz tendensiyalar gətirib. Yaranmış ikitirəlikdən də əziyyət çəkənlər az sayda vicdanlı müəllimlər, oxumaq potensialı olan istedadlı gənclərdir. Tərəqqipərvər KİV olaraq, bu problemi ictimailəşdirməklə, Ağdam rayon rəhbərliyinin, Təhsil Nazirliyinin, hüquq-mühafizə orqanların yüksək diqqətini kollecin pedaqoji kollektivinə və tələbə kontingentinə Natiq müəllimin dirijorluğu ilə yaşadılan bu melodrama yönəltmək istəyindəyik.
Mövzuya qayıdacağıq.

Heqiqet.az
Вернуться назад