DataLife Engine > --- > Cənub bölgəsindəki uzunömürlülərlə bağlı tədqiqat aparılıb

Cənub bölgəsindəki uzunömürlülərlə bağlı tədqiqat aparılıb


14-08-2015, 13:24. Разместил: heqiqet Cənub bölgəsindəki uzunömürlülərlə bağlı tədqiqat aparılıb AMEA-dan APA-ya verilən xəbərə görə, bu tədqiqatların məqsədi qocalma prosesinə ekoloji və bioloji faktorların qarşılıqlı təsirini araşdırmaqdır.
Uzunömürlülərin müayinəsi və elmi tədqiqatların aparılması Fiziologiya İnstitutu, Tibb Universiteti, Cahangir Abdullayev adına Elmi-tədqiqat Koordiologiya İnstitutu və Ukrayna Tibb Elmləri Akademiyasının birgə əməkdaşlığı ilə baş tutub.
Ukraynanı təmsil edən alimlər qrupuna Ukrayna Tibb Milli Elmlər Akademiyasının həqiqi üzvü, D. F. Çebataryov adına Herontologiya İnstitutunun direktoru V. Bezrukov başçılıq edib.
Layihə çərçivəsində nəzərdə tutulmuş işlərin həyata keçirilməsi üçün bir qrup əməkdaş yüksək uzunömürlülük indeksinə malik olan Lənkəran rayonunda yaşayan uzunömürlülər və onların yaxın qohumları arasında bir sıra tibbi-bioloji müayinələr aparıblar.

Вернуться назад