Nalayiq hərəkətlər edən taksi sürücüləri ilə bağlı ARAŞDIRMA BAŞLANILDI
6-12-2021, 11:17. Разместил: heqiqet
DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bununla bağlı mətbuatın sualını cavablandırarkən bildirib ki, qeyd edilən görüntülər ictimailəşdikdən sonra DİN-in 102 zəng mərkəzinə, polis orqanlarına, eləcə də DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə xanım vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər, müraciətlər daxil olmaqdadır. Müraciətlərin hər biri qeydiyyata alınaraq barələrində müvafiq araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Вернуться назад