“Zirvə”də biabırçılıq davam edir
12-05-2015, 19:32. Разместил: heqiqet
Bu gün dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da HİV virusuna yoluxanların sayında artım müşahidə olunur. Məsələ burasındadır ki, qloballaşan dünyanın bir hissəsi olan Azərbaycan da istər-istəməz onun mənfi və müsbət yenilikləri, dəyişiklikləri ilə yüklənir və bu belə də olmalıdır. Söylənilənlərə misal olaraq, narkomaniyanın, yoluxucu xəstəliklərin, əxlaqsızlığın, epidemiyaların artmasını göstərmək olar.
Yəqin ki, söhbətin nədən getdiyini anladınız. Ölkəmizdə əxlaqsızlıq hallarının sayı ildən-ilə artmaqdadır. Buna yüngül həyat tərzi keçirən qadınların miqyasının çoxalmasını misal göstərmək olar. Maraqlıdır, bəs əxlaqsızlığın sayının artmasının başlıca kökü nədədir? Şübhəsiz ki, buna rəvac verən əxlaqsızlıq yuvalarının kəmiyyətinin artımında. Ölkəmizin paytaxtı Bakı şəhərində, habelə respublikamızın digər şəhər və rayonlarında istirahət mərkəzləri üçün nəzərdə tutulan mehmanxanaların, otellərin, kafe və restoranların, motellərin başqa profillə fəaliyyət göstərmələri yuxarıda sadaladığımız problemlərin daha da genişlənməsinə rəvac verir. Nəzərinizə çatdıraq ki, bu cür "yuva"lara daha çox Bakı-Sumqayıt yolunun kənarında fəaliyyət göstərən kafelərdə də tez-tez rast gəlinir. Belə obyektlərdən biri də “Zirvə” kafesidir.
Bakı-Sumqayıt yolunun kənarında yerləşən ““Zirvə” kafesində də əxlaqsızlıq yuvasi təşkil olunur ki, buradakı xüsusi otaqlar müştərilərin xidmətinə verilir. Həmçinin ehtiyac olarsa, ofisiantlar müştərilərə qız da gətizdirə bilir.
Burada cinsi istismara məruz qalanlar əsasən 18-25 yaş arası qızlardır. Maraqlıdır ki, nədənsə aidiyyəti qurumlar bu məsələyə biganə yanaşırlar. Elə bu səbəbdən də sözügedən kafenin rəhbərliyi barədə sərt tədbirlər görülmür. Əksinə, həmin əxlaqsızlıq yuvası açıq-aşkar və çox arxayın şəkildə öz biznesini həyata keçirir.
Qeyd edək ki, bu əxlaqsızlıq yuvası barədə dəfələrlə mətbuatda yazılanlara rəğmən hələ də hüquq-mühafizə orqanları bu əxlaqsızlıq yuvası barədə ölçü götürmür. Görünür “Zirvə” kafesi yüksək çinli məmur tərəfindən himayə olunur. Belə olmasaydı, onda yəqin ki, buraya rəhbərlik edən Elşən və əlavə iki qardaşına qarşı müvafiq tədbir görülərdi.
Araşdırma davam edir.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Heqiqet.az
Вернуться назад