DataLife Engine > --- > Alimlər allergiklər üçün yumurtlayan yeni toyuq növü yetişdiriblər

Alimlər allergiklər üçün yumurtlayan yeni toyuq növü yetişdiriblər


29-04-2016, 09:23. Разместил: heqiqet Alimlər allergiklər üçün yumurtlayan yeni toyuq növü yetişdiriblər Yaponiyanın Milli Proqressiv Texniki Elmlər və Texnologiya İnstitutunun alimləri tərəfindən allergik reaksiya verməyən yumurta yumurtlayan unikal toyuq növü yetişdiriblər. Tədqiqatçılar bu nəticəni əldə etmək üçün genom redaktə vasitəsi ilə toyuqların orqanizmindən ovomukoid adlı allergeni kənarlaşdırıblar.
Qeyd edək ki, məhz adıçəkilən allergen insanların bədənində qaşınan allergik səpgi şəklində qoruyucu reaksiyanın yaranmasının əsas səbəbidir.
Yaxın zamanlarda insanlar üzərində kliniki sınaqlar keçiriləcəyini bildirən alimlər tədqiqatların müsbət nəticə verəcəyinə əmindirlər.


Вернуться назад