DataLife Engine > --- > Arifin növbəti masaj salonu paytaxtın daha hansı ərazisində açılacaq?

Arifin növbəti masaj salonu paytaxtın daha hansı ərazisində açılacaq?


8-06-2015, 12:06. Разместил: heqiqet Arifin növbəti masaj salonu paytaxtın daha hansı ərazisində açılacaq?
Dünyanın bəlasına çevrilən insan alveri ilə bağlı Azərbaycanda vəziyyət nə yerdədir? Görəsən ölkədə insan alveri daha çox hansı istiqamətə yön alıb? Belə faktların artmasında masaj salonlarının da az payı yoxdur.
Masaj salonu adı altında fəaliyyət göstərmələrinə rəğmən, bu pritonlara cəlb olunan qızların əksəriyyəti ümumiyyətlə tibbi masajın nə olduğundan və onun hansı üsullarla həyata keçirildiyindən tam bixəbərdirlər. Digər tərəfdən də bu əxlaqsızlıq yuvaları ən təhlükəli infeksion xəstəliklərin yayılması üçün ideal şəraitə malik olan məkanlar kimi çıxış edirlər.
Saytımızda "Əxlaqsız yuvalara niyə göz yumurlar?" başlıqlı tənqidi material yayımlanmışdır. Nəsimi rayon 22-ci Polis Bölməsinin yaxınlığında Rəşid Behbudov 100 ünvanında "Relax", "Rodi", Süleyman Rəhimov və Rəşid Behbudov küçələrinin kəsişdiyi ünvanın yaxınlığında "Səbinə" və başqa masaj salonu adı altında fəaliyyət göstərən pritonların sahibi Arif adlı bir nəfərdir. Ümumi iş icraçısı Arif müəllimin qohumu Mübarizdir və onun da köməkçisi Ədalətdir.
Heqiqet.az xəbər portalı olaraq şəhərin mərkəzi ərazilərində fəaliyyət göstərən yuxarıda adları qeyd edilən masaj salonları ilə əlaqədar araşdırma apardıq. Məlum oldu ki, həmin masaj salonları adı altında əxlaqsız yuvalar fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, ərazidə yaşayan sakinlər artıq bu obyektlərin əlindən beziblər. Etibarlı mənbəmizdən aldığımız məlumata görə, bu masaj salonlarında baş verənlər yeniyetmə və körpə uşaqların gözü qarşısında baş verdiyindən onların pisixoloji durumlarına təsirsiz keçmir.
Nəsimi rayon polis bölməsinin yaxınlığında yerləşən bu əxlaqsız yuvalarına niyə göz yumurlar? Etibarlı mənbə bunu da bildirdi ki, polis bölməsi bütün bunlara göz yumur çünki, yüksək çinli məmurlardan onlara "krışalıq" edirlər və polis də bunların qarşısında acizdir.
Bununla bağlı lazımı orqanlardan da bu tipli "masaj salonu" adı altında fəaliyyət göstərən pritonların hansı qanunla fəaliyyətləri dayandırılmadığını öyrənərək dəyərli oxuculara məlumat verəcəyik.
Onu da bildirmək istəyirik ki, qeyd edilən pritonların fəaliyyəti araşdırılmalıdır. Və inanırıq ki, Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyi tərəfindən saytda yayımlanan tənqidi məqaləyə reaksiya veriləcək.
Araşdırmalarımız davam edir...
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Heqiqet.az
Arifin növbəti masaj salonu paytaxtın daha hansı ərazisində açılacaq?Arifin növbəti masaj salonu paytaxtın daha hansı ərazisində açılacaq?Arifin növbəti masaj salonu paytaxtın daha hansı ərazisində açılacaq?Arifin növbəti masaj salonu paytaxtın daha hansı ərazisində açılacaq?Arifin növbəti masaj salonu paytaxtın daha hansı ərazisində açılacaq?
Вернуться назад