Putin: "MDB ölkələri terror hücumları üçün potensial hədəfdir”
5-04-2017, 20:06. Разместил: heqiqet
Bunu Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşü zamanı deyib.
“Təəssüf ki, bununla bağlı vəziyyət düzəlmir. Bunun ən yaxşı təsdiqi isə bu günlərdə Sankt-Peterburqda baş verən faciəvi hadisədir. Bu şəhərdə baş verən terror hücumu zamanı insanlar ölüb, yaralananlar var”, - deyə o vurğulayıb.
Rusiya prezidenti qeyd edib ki, MDB ölkələri terrorla yanaşı başqa təhdidlərlə qarşılaşır. Onun sözlərinə görə, bura mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, korrupsiya və xarici qüvvələrin ölkələrin daxili siyasi vəziyyətinə təsiri daxildir.
Qeyd edək ki, görüşdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev də iştirak edib.
Вернуться назад