Ermənistanda kişi yeni ana olan həyat yoldaşını güllələyib, intihar etdi
30-06-2015, 19:22. Разместил: heqiqet
Ermənistanda xəstəxanada dəhşətli hadisə baş verib.“News.am” saytının verdiyi məlumata görə, adı açıqlanmayan şəxs İrəvandakı doğum evində həyat yoldaşını güllələyib.
Kişinin otağa daxil olaraq 4 dəfə atəş açdığı bildirilir. Güllələrdən ikisi qadının boğaz nahiyyəsinə, biri divara, digəri isə kişinin ürəyinə dəyib. Hazırda qadın əməliyyat olunur, onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Bildirilir ki, ailənin uzun müddət uşaqları olmayıb. Bu günlərdə dünyaya gələn uşaq isə 8 aylıq olub.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад