DataLife Engine > dunya > Rusiyada iki azərbaycanlıya ağır cəza: 23 il həbs, 1,8 milyonluq təzminat

Rusiyada iki azərbaycanlıya ağır cəza: 23 il həbs, 1,8 milyonluq təzminat


28-04-2017, 14:24. Разместил: heqiqet Rusiyada iki azərbaycanlıya ağır cəza: 23 il həbs, 1,8 milyonluq təzminat Rusiyanın Vladimir vilayətinin Aleksandrovsk şəhər məhkəməsi Azərbaycan vətəndaşları barədə hökm çıxarıb. Onlar quldurluqda və adam oğurluğunda ittiham olunurlar.
Məlumata görə, 21 yaşlı Şahid Quliyev və 27 yaşlı Toğrul Dadaşlı Aleksandrovsk şəhər sakinini oğurlayaraq onu qarət ediblər. Bundan sonra onu öz maşınında şəhərdən çıxarıblar. Orada isə vəhşicəsinə döyərək kənara atıblar.
Məhkəmə istintaqı zamanı onlar törətdiyi əməli etiraf ediblər. Nəticədə məhkəmə Dadaşlını 10, Quliyevi 13 il müddətinə azadlıdan məhrum edib.
Вернуться назад