DataLife Engine > dunya > Putin - Merkel görüşünün tarixi açıqlanıb

Putin - Merkel görüşünün tarixi açıqlanıb


1-05-2017, 18:36. Разместил: heqiqet Putin - Merkel görüşünün tarixi açıqlanıb Rusiya prezidenti Vladimir Putin sabah - mayın 2-də Soçidə Almaniya kansleri Angela Merkellə görüşəcək.
Bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.
Bildirilir ki, görüşdə beynəlxalq məsələlər, o cümlədən terrorizmlə mübarizə, Yaxın Şərqdəki vəziyyət, Minsk razılaşmalarının həyata keçirilməsi və digər məsələlər müzakirə olunacaq.
Söhbət əsnasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, o cümlədən energetika, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələlərinə toxunulacaq.
Вернуться назад