DataLife Engine > dunya > Bu ölkədə 40 dəqiqədən bir qız qaçırırlar

Bu ölkədə 40 dəqiqədən bir qız qaçırırlar


3-05-2017, 13:50. Разместил: heqiqet Bu ölkədə 40 dəqiqədən bir qız qaçırırlar Qırğızıstanda hər 40 dəqiqədən bir qız qaçırılır.
Hazırda dünyanın 17 ölkəsində qız qaçırmaq ənənəsi mövcuddur ki, bunun da əsas payı Mərkəzi Asiyanın payına düşür.
Qırğızıstan hüquq müdafiəçisi Aygül Alimqulova deyir ki, bu işdə çoxlu sayda adamın iştirakı təəccüblüdür. Ən dəhşətlisi odur ki, dindarlar da bu işə göz yumur və bu azmış kimi gənclərə xeyir-dua verirlər.
Qırğızların el deyimlərindən biri budur ki, ərə getdinsə geriyə yol yoxdur, dözüb yaşamalısan, istər ərin çirkin, istərsə də Kinq-Konqdur.
Ədliyyə və hüquqi instansiyalar bəzən qaçırılma barədə düzgün olmayan rəy çıxardır ki, bu da valideynlərin narazılığı ilə müşayiət olunur.
Вернуться назад