DataLife Engine > dunya > Suriyada İŞİD-in silah anbarı partlayıb, 20 nəfər ölüb

Suriyada İŞİD-in silah anbarı partlayıb, 20 nəfər ölüb


11-05-2017, 08:43. Разместил: heqiqet Suriyada İŞİD-in silah anbarı partlayıb, 20 nəfər ölübSuriyanın Deyr əz-Zor şəhərində İŞİD terror qruplaşmasına məxsus silah anbarı partlayıb.
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 20 nəfər ölüb.
Məlumata əsasən, anbarda bir-birinin ardınca 3 partlayış baş verib. Nəticədə 15 yaşayış evi qismən və yaxud tamamilə dağılıb, bir neçə avtomobil yanaraq külə dönüb.
Вернуться назад