DataLife Engine > dunya > Moskvada ermənilərin avtoyürüş cəhdinin qarşısı alındı

Moskvada ermənilərin avtoyürüş cəhdinin qarşısı alındı


24-04-2015, 20:18. Разместил: heqiqet Moskvada ermənilərin avtoyürüş cəhdinin qarşısı alındı
Moskvada üzərində Ermənistan bayrağı olan 40-dan çox avtomobil saxlanılıb.
Heqiqet.az-ın TASS-a istinadən verdiyi məlumata görə, maşınların sürücüləri və onların sərnişinləri odlu silahdan atəş açmaqda şübhəli bilinirlər.
Yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, hadisə Moskvanın Leninqrad prospektində baş verib. Ermənilər avtoyürüş etməyə cəhd göstəriblər.
Bəzi avtomobillərdən atəş açıldığı bildirilir.
Hazırda polis həmin avtomobillərdə axtarış aparır.
Вернуться назад