Britaniyanın Baş naziri Mançesterdəki hadisəni terror aktı adlandırıb
23-05-2017, 09:49. Разместил: heqiqet
Reuters agentliyinin məlumatına görə, baş nazir partlayış nəticəsində ölənlərin ailələrinə başsağlığı verib. Bildirib ki, hazırda polis hadisənin təfərrüatlarını araşdırır.
Məlumata görə, bu gün Tereza Mey nazirlər kabinetinin fövqəladə iclasını çağıracaq.
Bu gecə İngiltərənin Mançester şəhərində stadionda konsert zamanı baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 50-dək insan yaralanıb. İnsident "Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konsertində qeydə alınıb.
Вернуться назад