DataLife Engine > dunya > Bakıda QİSAS: 66 yaşlı kişi qətlə yetirildi

Bakıda QİSAS: 66 yaşlı kişi qətlə yetirildi


23-05-2017, 09:57. Разместил: heqiqet Bakıda QİSAS: 66 yaşlı kişi qətlə yetirildi Bakıda qətl törədilib.
Qaradağ Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1976-cı il təvəllüdlü Elxan Şıxbaba oğlu Ağayev aralarında yaranmış mübahisə zəminində tanışı, 1951-ci il təvəllüdlü Baləhməd Əliməmməd oğlu Baləhmədovu bıçaqla qətlə yetirib.
Məlumata görə, bundan əvvəl B. Baləhmədov E.Ağayevi bıçaqlayıb. Bir ay sonra isə E.Ağayev qisas məqsədilə B.Baləhmədovu bıçaqlayaraq öldürüb. Cinayəti törədən E.Ağayev saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri aparılır.
Вернуться назад