Tbilisidə Riyaziyyat İnstitutunun binası uçub: həlak olanlar var
6-07-2015, 17:41. Разместил: heqiqet
Tbilisidə bu gün demontaj zamanı Hesablama Riyaziyyatı və Fizika İnstitutunun binasının bir hissəsi uçub. Nəticədə 3 inşaat işçisi həlak olub, 1 nəfər yaralanıb. Xilasedicilər bir saat ərzində dağıntılar altında qalan inşaat işçilərini çıxarıblar. Zədələnən işçilər ən yaxın klinikaya yerləşdiriliblər.
Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırma aparılır.
İlkin məlumata əsasən, bina bu yaxınlarda satılmışdı. Onun yerində mehmanxana inşa ediləcəyi planlaşdırılırmış.
Вернуться назад