İran parlamentində 7 nəfər öldürüldü - İŞİD terroru üstünə götürüb
7-06-2017, 13:29. Разместил: heqiqet
Lent.az-ın tasnimnews.com-a istinadən məlumatına görə, bu barədə parlament mənbələrindən bildirilib. 4 nəfər isə əsir götürülüb. Hadisənin İŞİD terror təşkilatı tərəfindən törədildiyi deyilir. Terrorçulardan biri isə qadın olub.
***
12:05
İranda Milli Məclis və İmam Xomeyni türbəsinə silahlı hücumları İŞİD terror təşkilatı törədib.
APA-nın xəbərinə görə, bu barədə İranın “Fars” Xəbər Agentliyi məlumat yayıb. Agentliyin açıqlamasında İŞİD-in hücumlara görə məsuliyyəti üzərinə götürdüyü bildirilib.
***
İran parlamentinin sədri Əli Laricani bu gün səhər parlament binasında baş vermiş terrora münasibət bildirib.
APA-nın Tehran bürosunun xəbərinə görə, Ə. Laricani olayı kiçik bir hadisə adlandırıb: "Bir neçə qorxaq terrorçu parlamentin binasına soxulub və onlara qarşı ciddi tədbirlər görülüb. Elə də böyük şey deyil. Bu hadisə onu göstərir ki, terrorçular İran üçün problem yaratmaqda maraqlıdır. İran terrorizmlə mübarizədə fəal və təsiredici gücə malikdir, istəyirlər ki, İranın bu simasını korlasınlar. Təhlükəsizlik qüvvələri hökmən onlara qarşı ciddi ölçü götürəcək".
Вернуться назад