DataLife Engine > dunya > Yerevanda fəallardan biri etiraz əlaməti olaraq ağzını tikdi

Yerevanda fəallardan biri etiraz əlaməti olaraq ağzını tikdi


7-07-2015, 10:52. Разместил: heqiqet Yerevanda fəallardan biri etiraz əlaməti olaraq ağzını tikdi İcazəsiz etiraz aksiyasının 30-a yaxın iştirakçısı Yerevanın mərkəzindəki Azadlıq meydanında gecələyib. Trend bu barədə RIA Novosti-yə istinadən xəbər verir.
Ovi adlı fəal etiraz əlaməti olaraq ağzını sapla tikib. O, yemək yeyə və danışa bilmir, ancaq su içə bilir: “Özümü normal hiss edirəm, çox ağrımıram”.
Etiraz liderlərindən biri David Sanarsaryan da aclıq aksiyasını davam etdirir. Ötən gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan zaman başından zədə alan D.Sanarsaryan xəstəxanaya yerləşdirilib. Axşam fəal yenidən etirazçılara qoşularaq gecəni Azadlıq meydanında keçirib.
Вернуться назад