Tokioda güclü yanğın: 50 yanğınsöndürən maşın cəlb edilib
21-06-2017, 11:05. Разместил: heqiqet
Məlumatda qeyd edilir ki, yanğın "Meiji” şirkətinin Koto-ku rayonunda yerləşən anbarında baş verib. Yanğı zamanı hadisə yerində 25 nəfər çalışırmış.
Polisin bildirdiyinə görə, yanğın dördmərtəbəli binanın ikinci mərtəbəsində başlayıb. NHK telekanalının yaydığı məlumatda isə bildirilir ki, yanğın təxminən 5 min kvadratmetr ərazini əhatə edib.
Həmin anbar əsasən süd məhsullarının istehsalı ilə məşğul olan şirkətin bazası rolunu oynayırdı. Cari ilin martında binanın sökülməsi işlərinə başlanılıb. Yanğın yaşayış binalarından və metro stansiyasından 300 metr məsafədə baş verib.
Вернуться назад