Nazarbayev: "Azərbaycanın təcrübəsindən istifadə edin!"
23-06-2017, 15:49. Разместил: heqiqet
Qurultaya ilk dəfə Azərbaycan, Yaponiya, İtaliya, İrlandiya, Polşa və Moldovadan da qonaqlar qatılıb.
Ölkə başçısı Nursultan Nazarbayev qurultayda Qazaxıstanın latın əlifbasına kecməsinin əhəmiyyətindən danışıb. Yeni əlifbaya keçidin 2025-ci ilədək başa çatdırılacağını bildirən Prezident alimlərə latın əlifbasına keçən ölkələrin, o cümlədən Azərbaycan və Özbəkistanın təcrübələrindən istifadə etməyi məsləhət görüb.
"İndi internet əsridir, böyüməkdə olan nəsildə bu, heç bir çətinlik yaratmayacaq”, - deyə Nursultan Nazarbayev vurğulayıb.
Prezident hökumət nümayəndələrinə "Otandaslar” (vətəndaşlar) fondunun yaradılmasını da tapşırıb.
Вернуться назад