Rusiyada ağır yol qəzası: 11 ölü
9-07-2015, 16:15. Разместил: heqiqet
Rusiyanın Krasnoyarsk diyarında ağır yol qəzası baş verib.Heqiqet.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Balaxtinsk rayonu ərazisində, “Yenisey” M-54 avtomagistralında qeydə alınıb.
Məlumata əsasən, Krasnoyarsk-Kızıl marşrutu ilə hərəkət edən sərnişin avtobusunun qarşıdan gələn mikroavtobusla toqquşması nəticəsində 11 nəfər ölüb.
Krasnoyarsk diyarı üzrə Dövlət Avtomobil Müfəttişliyinin rəhbərliyi və DİN-in operativ-istintaq qrupu hadisə yerinə yollanıb. Hazırda yol-nəqliyyat hadisəsinin təfərrüatları və ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.
Вернуться назад