DataLife Engine > dunya > Dünyanın ikinci ən iri SES-in inşasına start verildi

Dünyanın ikinci ən iri SES-in inşasına start verildi


4-08-2017, 13:09. Разместил: heqiqet Dünyanın ikinci ən iri SES-in inşasına start verildi Çin Tzinşa çayında dünyanın ikinci ən iri “Bayxetan” su elektrik stansiyasının inşasına başlayıb.
Qeyd olunan layihə hazırda dünyada inşa olunmaqda olan ən iri SES-dir. Onun tikintisini 2022-ci ildə başa çatdırmaq planlaşdırılır. SES tam istifadəyə verildikdə onun gücü 16 QVt, orta illik elektrik enerjisinin istehsalının həcmi isə 60,24 teravatt/saat təşkil edəcək.
Tzinşa çayında SES üçün bəndin ucaldılmasına 2008-ci ildə başlanılıb. İnşası 2021-ci ildə başa çatdırıldıqdan sonra o Çinin üçüncü, dünyanın isə sayca 4-cü ən iri bəndi olacaq.
Hazırda dünyada ən iri SES Yantzı çayındakı “Üç dərə” stansiyası hesab edilir.
Вернуться назад