DataLife Engine > dunya > Çində zəlzələ qurbanlarının sayı artıb

Çində zəlzələ qurbanlarının sayı artıb


10-08-2017, 16:02. Разместил: heqiqet Çində zəlzələ qurbanlarının sayı artıb Çinin Siçuan əyalətində 7 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 19 nəfərə, xəsarət alanların sayı isə 343 nəfərə çatıb.
Bu barədə Çin mərkəzi televiziyasının məlumatında bildirilir.
Məlumata əsasən, hazırda yaralılardan 13-ün vəziyyəti ağır, daha 2-nin kritikdir.
Avqustun 8-də yerli vaxtla 21.19-da baş verən zəlzələ 20 mindən çox evə ziyan vurub. Zəlzələdən sonra 1000-dən çox afterşok qeydə alınıb.

Вернуться назад