DataLife Engine > dunya > NBC: Amerika Şimali Koreyaya zərbə endirməyə hazırlaşır

NBC: Amerika Şimali Koreyaya zərbə endirməyə hazırlaşır


10-08-2017, 16:03. Разместил: heqiqet NBC: Amerika Şimali Koreyaya zərbə endirməyə hazırlaşır ABŞ Müdafiə nazirliyi Şimali Koreyaya məxsus 20 hərbi obyektə preventiv zərbələr endirmək üzrə plan hazırlayıb.
Bu barədə NBC telekanalı hərbi mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, “B-1B Lancer” bombardmançı təyyarələri raketlər üçün start meydançaları daxil olmaqla Şimali Koreyanın 20-dək hərbi infrastruktur obyektini bombalaya bilər.
Sakit okeanın qərbindəki Quam adasında ABŞ-ın “Andersen” hərbi hava və “Apra-Harbor” hərbi-dəniz bazası yerləşir.
Bundan əvvəl Şimali Koreyanın mərkəzi teleqraf agentliyi KXDR ordusunun Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyi barədə məlumat yayıb.
Вернуться назад