DataLife Engine > dunya > Türkiyəli qida məhsulları istehsalçıları Moskvaya səfər edəcəklər

Türkiyəli qida məhsulları istehsalçıları Moskvaya səfər edəcəklər


8-09-2017, 11:30. Разместил: heqiqet Türkiyəli qida məhsulları istehsalçıları Moskvaya səfər edəcəklər Türkiyəli qida məhsulları istehsalçıları və tədarükçülərindən ibarət nümayəndə heyəti 12-14 sentyabr tarixlərində Moskvaya səfər edəcəklər. Bu barədə Türkiyə İqtisadiyyat Nazirliyinin saytında dərc edilib.
Nümayəndə heyətinin tərkibində Türkiyənin 10 şirkətinin nümayəndələri təmsil olunacaqlar. Bu şirkətlər qida məhsullarının (meyvə-tərəvəz, süd, bal, pendir, balıq unu, yağlar və dondurulmuş məhsullar) istehsalı və ixracı ilə məşğul olur, - məlumatda bildirilir.
Nümayəndə heyəti Moskvada keçiriləcək “Worldfood-2017” beynəlxalq qida məhsulları sərgisində iştirak edəcək, rusiyalı tərəfdaşlarla bir sıra görüşlər və danışıqlar keçirəcəklər.
Вернуться назад