DataLife Engine > dunya > Klinton ən böyük səhvini açıqladı

Klinton ən böyük səhvini açıqladı


11-09-2017, 10:41. Разместил: heqiqet Klinton ən böyük səhvini açıqladı ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton onun ABŞ prezidenti olmasına mane olan əsas səhvi açıqlayıb.
H.Klinton "CBS" telekanalına müsahibəsində bildirib: "Düşünürəm ki, mənim əsas səhvim fərdi elektron poçtdan istifadə etmək olub".
H.Klinton qeyd edib ki, o, buna görə məsuliyyət daşımır: "Mən bu barədə əvvəllərdə demişəm və yenədə deyirəm ki, buna görə məsuliyyəti mən daşımıram".
2016-cı ildə ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton gələcəkdə prezident postuna namizədliyini irəli sürmək niyyətində olmadığını bildirib.
H.Klinton bunu "CBS" telekanalına müsahibəsində bildirib.
H.Klinton bildirib: "Mən namizədliyin irəli sürülməsinə nöqtə qoydum. Lakin mən siyasətdə işimi bitirmirəm, çünki mən həqiqi mənada inanıram ki, ortada ölkəmizin gələcəyi var".
H.Klinton müsahibəsində qeyd edib ki, seçkilərdə məğlubiyyəti indiyə qədər ağır qəbul edir.
Вернуться назад