Rusiyada ikinci arvad tapmaq üçün sayt yaradıldı
13-07-2015, 17:22. Разместил: heqiqet
Bu əlavə onlara dini və milli kriteriyalara uyğun gələn ikinci arvad və ya həyat yoldaşını seçməyə imkan yaradacaq.
Maraqlıdır ki, ünsiyyətin birinci mərhələsində istifadəçilərin şəkilləri gizlədilib. Buna görə də namizədlərin seçimi kor-koranə baş verir.
Saytın yaradıcısı Arsen Kazibekovun sözlərinə görə, sayt tərtib olunarkən əsasən miqrantlara hesablanıb və müsəlman dininin şərtlərinə uyğun olmayan saytları əvəz etməyə çalışacaq.
Qeyd edək ki, ikinci arvadın axtarılması funksiyası əvvəldən planlaşdırılmayıb. Bu funksiya sonradan istifadəçilərin xahişi ilə əlavə olunub.
Hazırda yeni sosial şəbəkədə 10 mindən artıq insan qeydiyyatdan keçib. Tərtibatçının sözlərinə görə, onların arasında dağıstanlılar, ermənilər, çeçenlər və tatarlar da var. Qeydiyyatdan keçən kişi və qadınların sayı isə demək olar ki, eynidir.
Вернуться назад