Türkiyə qaz idxalını artırıb
28-04-2015, 10:47. Разместил: heqiqet

Bu ilin yanvar-mart aylarından Türkiyənin "Botas" şirkəti müxtəlif mənbələrdən 11,9 milyard kubmetr qaz idxal edib ki, bu da ötən ilin analoji dövrünə olan 11,56 kubmetrlik göstəricidən 3,7 faiz artıqdır.
Heqiqet.az Trend-ə ictinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında bildirilib.
Türkiyə Bakı-Tiflis-Ərzurum kəməri üzrə Azərbaycandan qaz idxal edir. Türkiyənin Azərbaycanla müqaviləsində hər il "Şahdəniz" yatağından hasil olunan 6,6 milyard kubmetr qazın idxalı nəzərdə tutulub.
2014-cü ildə "Botas" müxtəlif mənbələrdən 40 milyard kubmetr qaz idxal edib, 2013-cü ildə isə bu göstərici 36,1 milyard kubmetr olub.
2015-ci ilin ilk rübündə "Botas"ın qaz ixracı ilə bağlı əməliyyatları 148 milyon kubmetr təşkil edib. Ötən ilin analoji dövründə isə "Botas" 193 milyon kubmetr qaz ixrac edib. "Botas"ın qaz ixracatı 2014-cü ildə 644 milyon kubmetr, 2013-cü ildə isə 694 milyon kubmetr olub.
2015-ci ilin ilk rübündə Türkiyənin daxili bazarında 12,98 milyard kubmetr qaz reallaşıb (2014-cü ilin ilk rübündə 11,85 milyard kubmetr). Türkiyədə qaz istehlakı 2014-cü ildə 40,81 milyard kubmetr, 2013-cü ildə isə 37,96 kubmetr həcmində olub.
Вернуться назад