DataLife Engine > dunya > İŞİD Kərkükdə iki kəndi ələ keçirdi

İŞİD Kərkükdə iki kəndi ələ keçirdi


17-10-2017, 15:19. Разместил: heqiqet İŞİD Kərkükdə iki kəndi ələ keçirdi İŞİD terror qruplaşmasının silahlıları Kərkük şəhərindən şimal-qərbdə yerləşən iki kəndi ələ keçiriblər.
Bu barədə İraqın “Əs-Sumariyə” telekanalı xəbər verib.
Məlumata əsasən, yerli əhali yaşayış məntəqələrini tərk etməli olub. Ələ keçirilən kəndlər Kərkük şəhərini kürd muxtariyyətinin paytaxtı Ərbillə birləşdirən yolda yerləşir.
Qeyd edək ki, ötən gecə kürd peşmərgə dəstələrinin nəzarəti altında olan ərazilərə daxil olan İraq ordusu Kərkük vilayətində strateji mövqelərə nəzarəti ələ keçirib.
Вернуться назад