Meksikada 12 nəfər güllələndi
1-11-2017, 10:00. Разместил: heqiqet
“RİA Novosti”nin verdiyi xəbərə görə, Meksika Baş Prokurorluğunun məlumatına əsasən, silahlı şəxslər ötən gün Puebla ştatının mərkəzi xəstəxanasında biri qadın olmaqla 4 nəfəri qətlə yetiriblər. Daha bir nəfər sükan arxasında öldürülüb, iki nəfər isə ştatın Amosok rayonunda güllələnərək qətlə yetirilib.
Tlaltenanqo rayonunda isə 5 nəfər spirtli içki qəbul edən zaman qətlə yetirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl qeyd olunan Puebla ştatında həvəskar futbol matçının iştirakçıları atəşə tutulub, nəticədə 7 nəfər ölüb.
Вернуться назад