S-400 komplekslərinin Türkiyəyə çatdırılmasına hazırlıq görülür
2-11-2017, 13:46. Разместил: heqiqet
Bir qədər əvvəl Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin Türkiyəyə S-400 komplekslərinin çatdırılması üzrə müqavilənin icrasına hazırlıq görüldüyünü deyib. Türkiyə Müdafiə Sənayesi Katibliyinin sədr müavini İsmayıl Demirin sözlərinə görə, C-400 sistemlərinin çatdırılması iki il ərzində başlayacaq.
Uzaq məsafəli zenit raket sistemi - S-400 "Triumf” Rusiyada silahlanmaya 2007-ci ildə qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Rusiya Hərbi Kosmik Qüvvələri komandanının müavini aprel ayında silahlanmaya S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlərin daxil olduğunu qeyd edib.
Вернуться назад